


Sadiq Qurbanov: Azərbaycan kənd təsərrüfatına yararlı torpaq fonduna görə bir çox Avropa ölkəsini üstələyir
Bakı, 11 iyun, AZƏRTAC
Azərbaycan təxminən 4,8 milyon hektar kənd təsərrüfatına yararlı torpaq fonduna malikdir. Bu göstərici bir çox Avropa ölkələrinin imkanlarını üstələyir. Qarşıda duran əsas vəzifə həmin torpaqların iqtisadi səmərəliliyini artırmaq, elmi yenilikləri istehsalata tətbiq etmək və məhsuldarlığın yeni mərhələsinə nail olmaqdan ibarətdir.
AZƏRTAC xəbər verir ki, bunu Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov iyunun 11-də Milli Məclisdə keçirilən “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı”ndan irəli gələn vəzifələr barədə dinləmədə çıxışı zamanı deyib.
Dövlət Proqramının mühüm istiqamətlərindən birinin kənd təsərrüfatının intensiv inkişaf modelinə keçidin olduğunu qeyd edən Sadiq Qurbanov aqrar istehsalda rəqəmsal texnologiyaların tətbiqinin, “ağıllı” suvarma sistemlərinin genişləndirilməsinin, müasir seleksiya və toxumçuluq fəaliyyətinin inkişafının, elmi tədqiqatların istehsalla inteqrasiyasının məhsuldarlığın yüksəlməsinə xidmət edən əsas amillər təşkil etdiyini bildirib.
Fotoqraf – Aydın Məmmədov
Heyvanların identifikasiyası nə üçün vacibdir?
Şəhid övladları üçün ənənəvi “Məzun günü” tədbiri təşkil olunub
Xızıda quşların antisanitar şəraitdə kəsildiyi və satışa çıxarıldığı aşkarlanıb
Su infrastrukturunun inkişafı və yenidən qurulması istiqamətində mühüm işlər həyata keçirilir