


Xızıda quşların antisanitar şəraitdə kəsildiyi və satışa çıxarıldığı aşkarlanıb
Bakı, 11 iyun, AZƏRTAC
Daxil olan məlumat əsasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) müfəttişləri Xızı Rayon Polis Şöbəsinin əməkdaşları ilə birgə həmin rayonun Sitalçay kəndində yerləşən, fiziki şəxs Rüfət Naib oğlu Haqverdiyevə məxsus həyətyanı sahədə yoxlama aparıblar.
Bu barədə AZƏRTAC-a AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.
Bildirilib ki, baxış zamanı ərazidə quşların antisanitar şəraitdə və baytarlıq baxışından keçmədən kəsildiyi, quş əti məhsullarının baytarlıq-sanitariya ekspertizası aparılmadan satışa çıxarıldığı müəyyən olunub.
Faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülərək məhdudlaşdırıcı qərar qəbul edilib. Quş əti məhsullarından nümunələr götürülərək laborator müayinələrə cəlb olunub. Araşdırmalar davam etdirilir.
Daha ətraflı link vasitəsilə tanış ola bilərsiniz.
Səhiyyə naziri ilə elm və təhsil naziri Qarabağ Universitetində olublar
Aqrar sahənin inkişafı ölkə iqtisadiyyatının modernləşməsinə mühüm töhfə verəcək - ŞƏRH
Bu il Gəncə Dövlət Universitetindən iki mindən çox tələbə məzun olur
Bartaz dağlarında möhtəşəm mənzərə: Bezoar dağ keçiləri sürü halında VİDEO
Son illər Şəkidə heyvan sahiblərinə 2,7 milyon manatdan çox subsidiya ödənilib