


Bartaz dağlarında möhtəşəm mənzərə: Bezoar dağ keçiləri sürü halında VİDEO
Zəngilan, 11 iyun, AZƏRTAC
Zəngilan rayonunun Bartaz dağları ərazisində Bezoar dağ keçiləri müşahidə edilib. Azərbaycanın nadir vəhşi heyvanlarından sayılan bu növün bölgədə görünməsi ərazidə bioloji müxtəlifliyin qorunması və təbii ekosistemin bərpası baxımından mühüm hadisədir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Bezoar dağ keçiləri əsasən dik qayalıqlarda və dağ yamaclarında məskunlaşır. Uzun və geriyə doğru əyilən buynuzları ilə seçilən bu heyvanların erkəklərinin çəkisi 50–90 kiloqrama çata bilir. Onlar əsasən otlar, yarpaqlar və müxtəlif kol bitkiləri ilə qidalanır.
Qeyd edək ki, Bezoar dağ keçisi Azərbaycanın “Qırmızı kitab”ına daxil edilib və onun ovlanması qanunvericiliklə qadağan olunub.
Zəngilan rayonu Azərbaycanın flora və fauna baxımından ən zəngin bölgələrindən biridir. Rayonun dağlıq və meşəlik ərazilərində ayı, canavar, çaqqal, tülkü, cüyür, Bezoar dağ keçisi və digər məməli heyvanlar yaşayır. Bölgə, həmçinin qartal, şahin, kəklik, qırqovul və müxtəlif quş növləri üçün əlverişli mühit hesab olunur.
Müxbir-Aydın Yavərzadə
Beyləqanda yol qəzası olub, xəsarət alanlar var VİDEO
Azərbaycan aqrar sektorda intensiv və innovativ inkişaf mərhələsinə daxil olur - ŞƏRH
Səhiyyə naziri ilə elm və təhsil naziri Qarabağ Universitetində olublar
Aqrar sahənin inkişafı ölkə iqtisadiyyatının modernləşməsinə mühüm töhfə verəcək - ŞƏRH
Bu il Gəncə Dövlət Universitetindən iki mindən çox tələbə məzun olur