×
A
A
A
Sazlamalar

Beyləqanda yol qəzası olub, xəsarət alanlar var VİDEO

Beyləqan, 11 iyun, AZƏRTAC

Beyləqan rayonunda minik avtomobillərinin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə saat 19 radələrində Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunun Beyləqan rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
"Toyota" və "Renault" markalı minik avtomobilləri toqquşub. Hadisə nəticəsində xəsarət alan 3 nəfər Füzuli rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.

Müxbir-Aydın Yavərzadə

Regionlar 2026-06-11 20:57:00

Video