×
A
A
A
Sazlamalar

Aqrar Tədqiqatlar Mərkəzinin direktoru: Fermerlərə əlavə subsidiyaların verilməsi nəzərdə tutulur

Bakı, 11 iyun, AZƏRTAC

Lazer mala tətbiq edən fermerlərə əlavə subsidiyalar verilməsi nəzərdə tutulur.
AZƏRTAC xəbər verir ki, bunu Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Rəşad Hüseynov iyunun 11-də Milli Məclisdə keçirilən “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı”ndan irəli gələn vəzifələr barədə dinləmədə çıxışı zamanı deyib.
O bildirib ki, seçilmiş rayonlar üzrə meliorativ tədbirlərin gücləndirilməsi və aqrotexniki qulluq işlərinin həyata keçirilməsinə nəzarətin gücləndirilməsi nəzərdə tutulur. Təbii ki, bütün bu proseslər öz növbəsində ərzaq təhlükəsizliyinin təminatına, məhsuldarlığın və istehsalın artımına gətirib çıxardacaq.
Rəşad Hüseynov, həmçinin qeyd edib ki, pambıqçılıq klasterinin inkişafı ilə bağlı hədəf pambıq və mahlıc istehsalının artırılmasına yönəlib. “Eyni zamanda, emal sənayesi ilə bağlı hədəflərimiz var ki, burada da istehsalın artırılması nəzərdə tutulur. Paralel olaraq, ixtisaslaşmış rayonlar üzrə hazırkı mövcud məhsuldarlığın 36 sentnerdən 50 sentnerə qaldırılması düşünülür”, - deyə o əlavə edib.

Fotoqraf – Aydın Məmmədov

Cəmiyyət 2026-06-11 15:08:00