×
A
A
A
Sazlamalar

Şimali Kipr Baş nazirinin müavini: Qardaş Azərbaycanla əlaqələrin dərinləşəcəyinə səmimi-qəlbdən ümid edirəm

Ankara, 11 iyun, AZƏRTAC

Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) Azərbaycanla əlaqələri, o cümlədən mədəniyyət, turizm, səhiyyə və təhsil sahələrində əməkdaşlığı dərinləşdirməyi hədəfləyir.
AZƏRTAC xəbər verir ki, bu barədə ŞKTC Baş nazirinin müavini və turizm, mədəniyyət, gənclər və ətraf mühit naziri Fikri Ataoğlu Bakıya səfərə yola düşməzdən əvvəl Lefkoşada jurnalistlərə bildirib.
O qeyd edib ki, iyunun 13-də, şənbə günü Azərbaycan paytaxtında Şimali Kiprin mədəniyyəti və imkanlarının genişmiqyaslı təqdimatı keçiriləcək.
“Biz müxtəlif sektorların nümayəndələrindən ibarət böyük nümayəndə heyəti ilə Bakıya gedirik. Qarşılıqlı səfərləri davam etdirməyə, qardaş ölkəmizlə sıx əlaqələr qurmağa və dərinləşdirməyə səmimi-qəlbdən ümid edirik”, - deyə Baş nazirin müavini bildirib
Şimali Kiprin Baş naziri Ünal Üstelin də Bakıda ŞKTC-yə həsr olunmuş tədbirdə iştirak edəcəyi gözlənilir.

Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara

Cəmiyyət 2026-06-11 10:17:00