


Lənkəranda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
Lənkəran, 7 iyun, AZƏRTAC
Lənkəran rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə gecə saatlarında köhnə Ələt-Astara magistralının Lənkəran rayonunun Liman şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.
İlkin məlumata görə, Lənkəran rayonunun Zövlə kənd sakini, 1962-ci il təvəllüdlü Elşad Kişi oğlu Salayevin idarə etdiyi "VAZ-2106" markalı, 42 CD 389 dövlət qeydiyyat nişanlı avtomobil hərəkətdə olarkən idarəetmədən çıxıb. Nəticədə nəqliyyat vasitəsi yol kənarındakı kanala düşərək ağaca çırpılıb.
Qəza nəticəsində sürücü hadisə yerində həyatını itirib. Onun meyiti aidiyyəti üzrə təhvil verilib.
Məlumata görə, sürücünün qəzadan əvvəl ürəktutma keçirməsi ehtimal olunur. Bu səbəbdən yol-nəqliyyat hadisəsinin qaçılmaz olduğu bildirilir. Ölümün dəqiq səbəbi və hadisənin bütün təfərrüatları aparılan ekspertiza və araşdırmaların nəticəsindən sonra məlum olacaq.
Faktla bağlı araşdırma aparılır.
Müxbir - İlkin Adıyev
Lənkəranda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
Şəki-Zaqatala bölgəsi üzrə VI sinif şagirdləri üçün monitorinqdə 7209 məktəbli iştirak edib
Qubanın ucqar kəndlərinə dolu yağıb VİDEO
Azərbaycançılıq ideologiyasının təməl dayağı güclü və müstəqil dövlət ideyasıdır