×
A
A
A
Sazlamalar

Lənkəranda ağacəkmə aksiyası

Lənkəran, 6 iyun, AZƏRTAC

Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Lənkəranda “Şəhərsalma və Memarlıq İli” çərçivəsində və 5 iyun – Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü münasibətilə növbəti ağacəkmə aksiyası keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Lənkəran rayonunun Liman şəhərində yerləşən Regional Boks Mərkəzinin ərazisində və Lənkəran şəhərinin Qala Xiyabanı küçəsində təşkil olunan aksiyada idarənin əməkdaşları, gənclər və könüllülər iştirak ediblər.
Aksiya zamanı 50 ədəd sərv ağacı əkilərək suvarılıb. Bununla yanaşı, mövcud yaşıllıqlara aqrotexniki qulluq göstərilib, ətraf mühitin mühafizəsi və yaşıllıq sahələrinin genişləndirilməsi istiqamətində tədbirlər həyata keçirilib.

Müxbir- İlkin Adıyev

Regionlar 2026-06-06 21:55:00