


Şəki-Zaqatala bölgəsi üzrə VI sinif şagirdləri üçün monitorinqdə 7209 məktəbli iştirak edib
Şəki, 6 iyun, AZƏRTAC
Bu gün ümumi təhsil müəssisələrinin VI sinif şagirdləri üçün keçirilən monitorinqdə Şəki-Zaqatala Regional Təhsil İdarəsi üzrə 7209 məktəbli iştirak edib. Monitorinq 40 mərkəzdə təşkil olunub.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Regional Təhsil İdarəsindən məlumat verilib.
Bildirilib ki, monitorinq təbiət, tədris dili və riyaziyyat fənləri üzrə kağız daşıyıcılar və elektron formatda aparılıb. Monitorinqdə kağız daşıyıcılar üzrə 6706 nəfər, elektron formatda isə 503 şagird iştirak edib. Monitorinqin nəticəsi şagirdlərin summativ qiymətləndirmə ballarına, eləcə də onların sinifdən-sinfə keçmələrinə təsir göstərmir.
Qeyd edək ki, monitorinqin keçirilməsində məqsəd şagird nailiyyətlərinin yaxşılaşdırılması, məktəblilərdə müvafiq standartlar üzrə bilik və bacarıqların hansı səviyyədə formalaşdığının müəyyən edilməsi və tədrisin keyfiyyətinin artırılması istiqamətində tədbirlərin görülməsidir.
Müxbir – Mustafa Dadaşov
Lənkəranda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
Şəki-Zaqatala bölgəsi üzrə VI sinif şagirdləri üçün monitorinqdə 7209 məktəbli iştirak edib
Qubanın ucqar kəndlərinə dolu yağıb VİDEO
Azərbaycançılıq ideologiyasının təməl dayağı güclü və müstəqil dövlət ideyasıdır