×
A
A
A
Sazlamalar

Ukrayna dronları Rusiya Hərbi Dəniz Qüvvələrinin bazasına zərbə endirib

Kiyev, 6 iyun, AZƏRTAC
İyunun 6-na keçən gecə Ukrayna dronları Ukrayna sərhədindən min km məsafədə yerləşən Rusiya Baltik Donanmasının “Kronştadt” dəniz bazasına zərbələr endirib.
AZƏRTAC xəbər verir ki, bu barədə “RBK-Ukrayna” Ukrayna Prezidenti Volodimir Zelenskinin “Telegram” kanalına istinadla məlumat yayıb.
O əlavə edib ki, Ukraynanın uzaqmənzilli sanksiyaları Krasnodar bölgəsinə təxminən 500 km məsafə qət edib və neft bazasına zərbə endirib.
Ukrayna Silahlı Qüvvələrinin Xüsusi Əməliyyat Qüvvələri (XƏQ) Xüsusi Əməliyyat Qüvvələrinin “Deep Strike” bölmələrinin Pilotsuz Sistemlər Qüvvələri və Ukrayna Təhlükəsizlik Xidməti ilə birlikdə Sankt-Peterburq yaxınlığında yerləşən Rusiya Baltik Donanmasının “Kronştadt” dəniz bazasına zərbə endirdiyini təsdiqləyib.
XƏQ-in bir neçə pilotsuz təyyarəsi hədəflərinə çatıb. Baza ərazisində yanğın qeydə alınıb.

Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev

Dünya 2026-06-06 15:06:00