×
A
A
A
Sazlamalar

Türkiyə sərhəd bölmələri termal kameralarla təchiz olunmuş yüzlərlə dronla təchiz edilib

Ankara, 6 iyun, AZƏRTAC

Son iki ildə Türkiyə Daxili İşlər Nazirliyinin Miqrasiya İdarəsi sərhəd hərbi hissələrinin balansına termal kameralı 391 dron təhvil verib.
AZƏRTAC xəbər verir ki, portativ pilotsuz uçuş aparatları (PUA) 15-40 km məsafədəki ərazilərin real vaxt rejimində video monitorinqi üçün istifadə olunur.
PUA-lar 7 km-ə qədər hündürlüyə qalxa və saniyədə 25 metrə qədər sürətə çata, bir saata qədər havada qala bilir.
Müasir dronlar güclü küləklərdə (saniyədə 12 metrə qədər) rəvan işləyir, mənfi 20 dərəcə şaxtadan 50 dərəcə istiyə qədər olan temperaturda aydın mənzərəni təmin edir.

Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara

Dünya 2026-06-06 15:51:00