


Küveyt Beynəlxalq Hava Limanı müvəqqəti məhdudiyyətdən sonra uçuşları bərpa edib
Qahirə, 6 iyun, AZƏRTAC
Bugünkü raket hücumları səbəbindən bağlanmış Küveyt Beynəlxalq Hava Limanı uçuşların bərpa edildiyini açıqlayıb.
AZƏRTAC Küveyt Beynəlxalq Hava Limanının saytına istinadla xəbər verir ki, aeroportda aeronaviqasiya fəaliyyəti əvvəlki qaydada davam etdirilir.
Xatırladaq ki, ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) məlumatına görə, ABŞ qüvvələrinin Hörmüz boğazı istiqamətində hərəkət edən dörd pilotsuz uçuş aparatını vurmasından sonra İran Bəhreyn və Küveyt istiqamətində yeddi raket buraxıb.
Türkiyə sərhəd bölmələri termal kameralarla təchiz olunmuş yüzlərlə dronla təchiz edilib
Sabah Ermənistanda parlament seçkiləri keçiriləcək
Ukrayna dronları Rusiya Hərbi Dəniz Qüvvələrinin bazasına zərbə endirib
Aİ komissarı üzv ölkələri sərhəd nəzarətini mərhələli şəkildə ləğv etməyə çağırıb