


Türkiyənin Rəqabət Şurası “Meta” şirkəti ilə bağlı araşdırmaya başlayıb
Ankara, 6 iyun, AZƏRTAC
Türkiyənin Rəqabət Şurası “Meta” (“Facebook”, “Instagram” və “WhatsApp” platformalarının sahibidir) transmilli texnologiya şirkəti ilə bağlı araşdırmaya başlayıb.
AZƏRTAC xəbər verir ki, araşdırmaya “WhatsApp” istifadəçilərinin “Meta AI” istisna olmaqla digər virtual assistentlərə və çat-botlara çıxış imkanlarının məhdudlaşdırılması ilə bağlı şikayətlər səbəb olub.
Hərtərəfli araşdırmanın yekununda “Meta” şirkətinin bazardakı dominant mövqeyindən sui-istifadə edib-etmədiyi müəyyənləşdiriləcək.
Rəqabət Şurasında bildiriblər ki, Türkiyədə milyonlarla istifadəçinin “WhatsApp”dan yararlandığını nəzərə alaraq, məqsəd rəqəmsal bazarlarda rəqabətin qorunmasını təmin etməkdir.
“Meta” şirkətinə “WhatsApp” vasitəsilə xidmət göstərilərkən süni intellekt əsaslı rəqib çat-botlar üçün maneələr yaratmamaq tapşırılıb. Bu tələblərin yerinə yetirilməsi üçün şirkətə bir ay vaxt verilib. Əks halda “Meta” iri məbləğdə cərimə ilə üzləşə bilər.
Ekspertlərin fikrincə, Türkiyənin Rəqabət Şurasının apardığı araşdırma rəqəmsal platformalarda istifadəçilərin seçim azadlığı baxımından mühüm əhəmiyyət kəsb edir.
ABŞ Prezidenti: İran raket arsenalının 21-22 faizini qoruyub saxlayır
Tədqiqat: Manqrov meşələri bərpa olunur
Türkiyənin Rəqabət Şurası “Meta” şirkəti ilə bağlı araşdırmaya başlayıb
Tramp: İran məsələsini çox tez bir zamanda həll etməliyik
ABŞ qüvvələri İranın Goruk və Qeşm adasındakı radar məntəqələrinə zərbələr endirib