×
A
A
A
Sazlamalar

ABŞ qüvvələri İranın Goruk və Qeşm adasındakı radar məntəqələrinə zərbələr endirib

Vaşinqton, 6 iyun, AZƏRTAC

ABŞ Mərkəzi Komandanlığı qüvvələri Hörmüz boğazına doğru atılan İranın dörd birtərəfli hücum dronunu vurduğunu açıqlayıb.
AZƏRTAC xəbər verir ki, bəyanatda komandanlıq hücum dronlarının regional dəniz nəqliyyatı üçün təhlükə yaratdığını bildirib.
Qeyd olunub ki, ABŞ qüvvələri daha sonra gələcək hücumlardan qorunmaq üçün İranın Goruk və Qeşm adasındakı sahil müşahidə radar məntəqələrinə zərbələr endirib.

 

 

Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton

Dünya 2026-06-06 03:35:00