


ABŞ Prezidenti: İran raket arsenalının 21-22 faizini qoruyub saxlayır
Bakı, 6 iyun, AZƏRTAC
İran ABŞ-nin hərbi əməliyyatlarından əvvəl malik olduğu raket arsenalının təxminən 21-22 faizini qoruyub saxlayır.
AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “NBC News” telekanalına müsahibəsində bildirib.
“Onların hələ də müəyyən sayda raketləri və pilotsuz uçuş aparatları var. Faizlə ifadə etsək, raket arsenalının təxminən 21-22 faizi qalıb. Bu, yenə də xeyli sayda raket deməkdir, lakin ilk hücumumuz zamanı malik olduqları qədər deyil”, – deyə Tramp qeyd edib.
İran ABŞ-nin Yaxın Şərqdəki hərbi bazalarına zərbələr endirib
NYT: ABŞ mayda Hörmüz boğazından 100-dən çox gəminin keçidinə yardım edib
Kuril adaları yaxınlığında 5 bal gücündə zəlzələ baş verib
ABŞ Prezidenti: İran raket arsenalının 21-22 faizini qoruyub saxlayır