


Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunun 1/4 finalına yüksəlib
Bakı, 5 iyun, AZƏRTAC
Basketbolun 3x3 növü üzrə qadınlardan ibarət Azərbaycan millisi Polşanın paytaxtı Varşava şəhərində keçirilən Dünya Kubokunun play-in mərhələsində Litva ilə qarşılaşıb.
AZƏRTAC xəbər verir ki, yığmamız əlavə vaxta gedən oyunda rəqibinə 14:12 hesabı ilə qalib gələrək, 1/4 finala vəsiqə qazanıb.
Qeyd edək ki, Azərbaycan millisi növbəti mərhələdə Almaniya yığması ilə üz-üzə gələcək. İyunun 6-da keçiriləcək oyun Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
Yoldaşlıq oyunu: Azərbaycan millisi Maltaya uduzub
Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunun 1/4 finalına yüksəlib
Kapitan: Estoniya yığması ilə oyunda meydana qələbə üçün çıxmalıyıq
Millinin minifutbolçusu: Avropa çempionatında minimum hədəfimiz finala yüksəlmək idi
Vitse-prezident: Çempionluq hazırlıqlara çox ciddi yanaşmağımızın nəticəsidir VİDEO