


Seçmə mərhələ: Azərbaycan millisi Macarıstana uduzub
Bakı, 5 iyun, AZƏRTAC
Qadın futbolçulardan ibarət Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində növbəti görüşünə çıxıb.
AZƏRTAC xəbər verir ki, C Liqasının 3-cü qrupunda yer alan yığma Macarıstanı qəbul edib. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda təşkil olunan qarşılaşma rəqibin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Yığmanın heyətində yeganə qolu Xanım Əsədova vurub.
Komanda bunadək Andorranı (3:1 2:0) və Şimali Makedoniyanı (2:0) məğlub edib, səfərdə isə Macarıstana uduzub – 0:1.
Azərbaycan millisi 5 oyundan sonra 9 xalla qrupda ikinci pillədə qərarlaşıb. Macarıstan yığması isə 13 xalla turnir cədvəlinə başçılıq edir.
Kapitan: Estoniya yığması ilə oyunda meydana qələbə üçün çıxmalıyıq
Millinin minifutbolçusu: Avropa çempionatında minimum hədəfimiz finala yüksəlmək idi
Vitse-prezident: Çempionluq hazırlıqlara çox ciddi yanaşmağımızın nəticəsidir