


Avropa çempionu olan Azərbaycanın minifutbol millisi Vətənə qayıdıb VİDEO
Bakı, 5 iyun, AZƏRTAC
Slovakiyada təşkil olunan minifutbol üzrə Avropa çempionatının qalibi olan Azərbaycan millisi Vətənə qayıdıb.
AZƏRTAC xəbər verir ki, tarixində ikinci dəfə Avropa çempionu adını qazanaraq qızıl medalla ölkəmizə dönən yığma Heydər Əliyev Beynəlxalq Aeroportunda böyük coşqu ilə qarşılanıb.
Qarşılanma mərasimində azarkeşlər, idman ictimaiyyətinin nümayəndələri, federasiya rəsmiləri, futbolçuların yaxınları və media nümayəndələri iştirak ediblər.
Xatırladaq ki, Elşad Quliyevin başçılıq etdiyi komanda qitə çempionluğu uğrunda görüşdə Ukrayna seçməsini sınağa çəkib. Rəqibini 2:0 hesabı ilə məğlub edən Azərbaycan millisi Avropa çempionu olub.
Yığmamız 2022-ci ildə də qitənin ən güclüsü olmuşdu.
Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunun 1/4 finalına yüksəlib
Kapitan: Estoniya yığması ilə oyunda meydana qələbə üçün çıxmalıyıq
Millinin minifutbolçusu: Avropa çempionatında minimum hədəfimiz finala yüksəlmək idi
Vitse-prezident: Çempionluq hazırlıqlara çox ciddi yanaşmağımızın nəticəsidir VİDEO