×
A
A
A
Sazlamalar

Hidrogen enerjisi BƏƏ-Azərbaycan enerji tərəfdaşlığının növbəti mərhələsi ola bilər – RƏY

Bakı, 5 iyun, AZƏRTAC

Günəş enerjisi sahəsində uğurlu əməkdaşlıqdan sonra Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Azərbaycan birgə hidrogen enerjisi istehsalı sahəsində layihələrə keçə bilər.
Bu barədə BƏƏ-dən olan politoloq Salem Alketbi AZƏRTAC-ın saytında yayımlanan “Azərbaycan və dünya” proqramının növbəti buraxılışında bildirib.
Onun sözlərinə görə, bu cür layihələrin yaradılması ikitərəfli əməkdaşlığın inkişafı üçün tamamilə real ssenaridir. Lakin ekspert vurğulayıb ki, bu cür təşəbbüslərin uğuru bir sıra amillərdən, o cümlədən zəruri maliyyələşdirmənin mövcudluğundan, müasir infrastrukturun inkişafından və effektiv ixrac marşrutlarının formalaşdırılmasından asılı olacaq.
O qeyd edib ki, hər iki ölkənin enerji keçidi sahəsində ciddi ambisiyaları var və onlar formalaşan qlobal təmiz enerji bazarında əhəmiyyətli yer tutmağa çalışır. Politoloqun qiymətləndirməsinə görə, hidrogen sahəsində əməkdaşlıq orta müddətli perspektivdə Əbu-Dabi ilə Bakı arasında yeni strateji qarşılıqlı əlaqə istiqamətinə çevrilə bilər.

Müəllif – Tamilla Məmmədova

İqtisadiyyat 2026-06-05 19:09:00