


® “Azercell” IV Milli Kibertəhlükəsizlik Forumunda süni intellektəsaslı həllərini təqdim edib
Şirkət forumun “Platin” sponsoru qismində çıxış edib
Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının təşəbbüsü ilə IV Milli Kibertəhlükəsizlik Forumu keçirilib. Azərbaycanın rəqəmsal transformasiyasının aparıcı qüvvələrindən biri olan “Azercell Telekom” MMC forumun “Platin” sponsoru qismində tədbirə dəstək göstərib.
Milli kibertəhlükəsizlik ekosisteminin inkişafına töhfə verən forum beynəlxalq təcrübənin paylaşılması, innovativ yanaşmaların müzakirəsi və yeni əməkdaşlıq imkanlarının formalaşdırılması üçün mühüm platforma rolunu oynayıb. Tədbir çərçivəsində rəqəmsal transformasiya dövründə yaranan yeni kibertəhdidlər, süni intellekt texnologiyalarının bu sahəyə təsiri, eləcə də müasir müdafiə mexanizmləri ətrafında geniş fikir mübadiləsi aparılıb.
Forum dövlət qurumlarının, özəl sektor nümayəndələrinin, beynəlxalq ekspertlərin və aparıcı texnologiya şirkətlərinin iştirakı ilə baş tutub.
Forum çərçivəsində keçirilən “Rəqəmsal transformasiyada kiberçağırışlar” panel müzakirəsində "Azercell Telekom"un Kibertəhlükəsizlik şöbəsinin rəhbəri Mais Şərifli şirkətin kibertəhlükəsizlik infrastrukturunda süni intellektin rolu ilə bağlı əldə olunmuş real və praktiki nəticələri bölüşüb. O qeyd edib ki, “Azercell” hazırda korporativ müştərilərə 10-dan çox fərqli kibertəhlükəsizlik xidməti təqdim edir.
Bildirilib ki, “Azercell” kibertəhdidlərin aşkarlanması və rəqəmsal təhlükəsizlik ekosisteminin mərkəzləşdirilmiş şəkildə idarə olunması məqsədilə süni intellekt arxitekturasını tətbiq edən ilk telekommunikasiya şirkətidir. M.Şərifli kibertəhlükəsizlik analitiklərinin qərarları ilə süni intellekt sistemlərinin verdiyi qərarlar arasında uyğunluq səviyyəsinin hazırda 95 faizi ötdüyünü vurğulayıb.
Süni intellektəsaslı texnologiyalar fasiləsiz fəaliyyət göstərərək əməliyyat proseslərinin sürətini və effektivliyini əhəmiyyətli dərəcədə artırır, bəzi hallarda isə proseslərin icra müddətini ənənəvi yanaşmalarla müqayisədə 40 dəfəyədək azaldır. Eyni zamanda, bu texnologiyalar böyükhəcmli məlumatların emalı və təhlili, eləcə də potensial təhlükələrin vaxtında müəyyənləşdirilməsi istiqamətində mühüm imkanlar yaradır.
Qeyd edək ki, “Azercell” kibertəhlükəsizlik sahəsində fəaliyyətini “Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023-2027-ci illər üçün Strategiyası”na uyğun olaraq inkişaf etdirir və ölkənin rəqəmsal dayanıqlılığının gücləndirilməsinə yönəlmiş təşəbbüslərin həyata keçirilməsinə davam edir.
Ekspert: BƏƏ-Azərbaycan layihələri enerji sahəsində tərəfdaşlığın inkişafı üçün möhkəm əsas yaradır
Hidrogen enerjisi BƏƏ-Azərbaycan enerji tərəfdaşlığının növbəti mərhələsi ola bilər – RƏY
Çin şirkətləri Azərbaycanın iqtisadi potensialı və işgüzar mühiti barədə məlumatlandırılıb
® “Azercell” IV Milli Kibertəhlükəsizlik Forumunda süni intellektəsaslı həllərini təqdim edib