


Britaniyada süni intellekt vasitəsilə hazırlanmış ilk vaksin insanlar üzərində sınaqdan keçirilir
London, 5 iyun, AZƏRTAC
Böyük Britaniyada alimlər süni intellektin köməyi ilə hazırlanmış yeni növ vaksinin ilk dəfə insanlar üzərində sınaqdan keçirildiyini açıqlayıblar.
AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, bu barədə məlumatı Kembric Universitetinin tədqiqatçıları yayıblar. Alimlərin sözlərinə görə, vaksinin əsas komponenti tamamilə süni intellekt tərəfindən layihələndirilib. Yeni preparat bütün koronavirus növlərinə qarşı təsir göstərmək məqsədi ilə hazırlanıb. Bu, həm COVID-19-un bütün variantlarını, həm də hazırda heyvanlar arasında yayılan, lakin gələcəkdə insanlara keçərək yeni pandemiyaya səbəb ola biləcək virusları əhatə edir.
Tədqiqat hələ ilkin mərhələdə olsa da, alimlər artıq qrip və Ebola viruslarına qarşı oxşar prinsiplə hazırlanacaq yeni vaksinlər üzərində işləyirlər. Mütəxəssislər bildirirlər ki, vaksinlər orqanizmə infeksiyaları tanımağı öyrədərək xəstəliklə mübarizə imkanlarını artırır. Lakin bəzi viruslar tez-tez mutasiyaya uğrayaraq xarici görünüşlərini dəyişdirirlər. Bu səbəbdən COVID-19 və mövsümi qrip vaksinlərinin mütəmadi yenilənməsinə ehtiyac yaranır.
Layihənin rəhbərlərindən biri, professor Conatan Hini bildirib ki, alimlər adətən virusların dəyişməsindən sonra reaksiya verməyə məcbur qalırlar. Onun sözlərinə görə, yeni yanaşmanın məqsədi virusların gələcək təkamülünü qabaqcadan nəzərə alaraq mümkün epidemiyalara və pandemiyalara qarşı əvvəlcədən müdafiə yaratmaqdır.
Vladimir Putin iri şirkətlərin Moskvadan regionlara köçürülməsinin vacibliyini bəyan edib
Türkiyənin ticarət naziri proteksionizmdən imtina etməyə və azad ticarəti dəstəkləməyə çağırıb
Norveçin vəliəhd şahzadəsi ağciyər transplantasiyası gözləyir