


Ukrayna PUA-ları Mariupol və Berdyansk limanlarında, həmçinin Krım sahillərində beş gəmiyə zərbə endirib
Kiyev, 5 iyun, AZƏRTAC
İyunun 5-nə keçən gecə Ukraynaya məxsus pilotsuz uçuş aparatları (PUA) Mariupol və Berdyansk limanlarında, həmçinin Krımın sahil sularında yerləşən beş gəmiyə hücum edib.
Bu barədə AZƏRTAC Pilotsuz Sistemlər Qüvvələrinin komandanı Robert “Madyar” Brovdinin paylaşımına istinadla xəbər verir.
Zərbələr Mariupol və Berdyansk limanlarında, eləcə də Krımın sahil sularında olan yük gəmiləri və tankerlərə endirilib.
Hədəfə alınan bütün gəmiləri bir xüsusiyyət birləşdirirdi, belə ki, onların adlarının üzəri boyanaraq gizlədilmiş, radarları isə söndürülmüşdü. Həmin gəmilər Ukrayna ərazilərindən taxıl, yanacaq və hərbi yüklər daşıyırdı.
Qara dənizdə Türkiyə bayrağı altında üzən balıqçı gəmisinə hücum olub: 1 ölü, 4 yaralı
Putin Zelenski ilə mümkün görüş barədə danışıb
Vladimir Putin iri şirkətlərin Moskvadan regionlara köçürülməsinin vacibliyini bəyan edib
Türkiyənin ticarət naziri proteksionizmdən imtina etməyə və azad ticarəti dəstəkləməyə çağırıb