


Qara dənizdə Türkiyə bayrağı altında üzən balıqçı gəmisinə hücum olub: 1 ölü, 4 yaralı
Ankara, 5 iyun, AZƏRTAC
Qara dənizdə Türkiyə bayrağı altında üzən “Duru 67” balıqçı gəmisinə hücum edilib.
AZƏRTAC Türkiyə Daxili İşlər Nazirliyinin Sahil Mühafizəsi Komandanlığına istinadla xəbər verir ki, iyunun 5-də Krım yarımadasının qərbində, Sevastopol sahilləri yaxınlığında baş vermiş hadisə nəticəsində gəmi batıb, bir balıqçı həlak olub.
Daha dörd nəfər isə yaxınlıqda olan “Burak Kaya” balıqçı gəmisi tərəfindən yaralı vəziyyətdə xilas edilib.
Hadisə rayonuna göndərilən Türkiyə Sahil Mühafizəsi Komandanlığına məxsus “TCSG-96” gəmisi həlak olmuş balıqçının cəsədini və yaralıları götürərək İnebolu limanına yola düşüb.
Hadisənin səbəbləri araşdırılır.
Tramp: İran məsələsini çox tez bir zamanda həll etməliyik
ABŞ qüvvələri İranın Goruk və Qeşm adasındakı radar məntəqələrinə zərbələr endirib
İsveçdə seçkilər ərəfəsində miqrasiya mövzusu yenidən ön plana çıxır
Pentaqon: Avropa təhlükəsizliyi üçün daha çox məsuliyyət daşımalıdır
HƏMAS nümayəndə heyəti Qəzza ilə bağlı danışıqlar üçün Misirə gəlib