


İrlandiya İsrailin iki nazirinin ölkəyə girişinə qadağa qoyub
Bakı, 5 iyun, AZƏRTAC
İrlandiya hökuməti İsrailin maliyyə naziri Batsalel Smotriç və milli təhlükəsizlik naziri İtamar Ben-Qvirin ölkəyə girişini qadağan edib.
AZƏRTAC xəbər verir ki, bu barədə “The Irish Times” qəzeti məlumat yayıb. İrlandiyanın Baş naziri Mixol Martinin sözlərinə görə, ədliyyə, daxili işlər və miqrasiya naziri Cim O'Kallaqan müvafiq qərarın icrası ilə bağlı göstəriş verib.
Baş nazirin sözlərinə görə, analoji məhdudiyyətlərin Avropa İttifaqında da tətbiqi məqsədəuyğun olardı.
Mixol Martin qeyd edib ki, hər iki nazirin bir çox açıqlamaları “fələstinliləri Fələstin ərazisində məhv etmək istəyi” kimi qiymətləndirilir.
Vladimir Putin iri şirkətlərin Moskvadan regionlara köçürülməsinin vacibliyini bəyan edib
Türkiyənin ticarət naziri proteksionizmdən imtina etməyə və azad ticarəti dəstəkləməyə çağırıb
Norveçin vəliəhd şahzadəsi ağciyər transplantasiyası gözləyir