×
A
A
A
Sazlamalar

Premyer Liqaya yüksələn komandanın yeni baş məşqçisi açıqlanıb

Bakı, 5 iyun, AZƏRTAC

Mövsümün sonunda Premyer Liqaya vəsiqə qazanan “Şəfa” komandasının yeni baş məşqçisi müəyyənləşib.
Klubdan AZƏRTAC-a verilən məlumata görə, Zaur Həşimov bu posta təyin olunub. Danışıqlar prosesi başa çatdıqdan sonra klub prezidenti Kənan Sadıqlının iştirakı ilə 44 yaşlı mütəxəssislə görüş keçirilib və 3 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Zaur Həşimov “Şəfa” klubuna yad sima deyil. O, futbolçu kimi bu komandanın formasını geyinib və 2000/2001-ci illər mövsümündə Azərbaycan Kubokunun qalibi olub.
Mütəxəssis “Qəbələ” və “Zirə” klublarında məşqçi kimi çalışıb. Eyni zamanda, Bakı təmsilçisinin baş məşqçisi vəzifəsində fəaliyyət göstərib. Həmçinin Azərbaycanın U-18 milli komandasına rəhbərlik edib.

İdman 2026-06-05 17:37:00