


Azərbaycan avarçəkəni Avropa çempionatında iştirak edəcək
Bakı, 5 iyun, AZƏRTAC
İyunun 11-dən 14-dək Portuqaliyanın Montemor-u-Velyu şəhərində kayak və kanoe üzrə Avropa çempionatı keçiriləcək.
AZƏRTAC xəbər verir ki, qitənin ən güclülərinin müəyyənləşəcəyi reqatada Azərbaycanı kanoe qayığında milli komandanın üzvü Tatyana Smilovenko təmsil edəcək.
Xatırladaq ki, ötən il Rumıniyanın Piteşti şəhərində gənclər və 23 yaşadək avarçəkənlər arasında təşkil olunmuş Avropa çempionatında Smilovenko bürünc medala sahib olub.
Yoldaşlıq oyunu: Azərbaycan millisi Maltaya uduzub
Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunun 1/4 finalına yüksəlib
Kapitan: Estoniya yığması ilə oyunda meydana qələbə üçün çıxmalıyıq
Millinin minifutbolçusu: Avropa çempionatında minimum hədəfimiz finala yüksəlmək idi
Vitse-prezident: Çempionluq hazırlıqlara çox ciddi yanaşmağımızın nəticəsidir VİDEO