


Toral Bayramov “Bursaspor”a keçidinin səbəbini açıqlayıb
Bakı, 5 iyun, AZƏRTAC
Azərbaycan millisinin futbolçusu Toral Bayramov Türkiyənin “Bursaspor” klubuna keçməsinin səbəbini açıqlayıb.
AZƏRTAC xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi bu barədə AFFA-nın təşkil etdiyi sual-cavab sessiyasında azarkeşlərin suallarını cavablandırarkən danışıb:
“Çoxdandır Azərbaycanı ölkə xaricində təmsil etmək istəyirdim. Belə bir şans ələ düşdü. “Bursaspor” böyük tarixi olan klubdur. Azarkeşlərini hamı tanıyır. Qərar verdim ki, artıq vaxtdır. Ümid edirəm ki, uğurlu olar”.
Qeyd edək ki, “Bursaspor”a “Qarabağ”dan keçən Toral Bayramov I Liqa təmsilçisi ilə uzunmüddətli müqavilə imzalayıb.
Yoldaşlıq oyunu: Azərbaycan millisi Maltaya uduzub
Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunun 1/4 finalına yüksəlib
Kapitan: Estoniya yığması ilə oyunda meydana qələbə üçün çıxmalıyıq
Millinin minifutbolçusu: Avropa çempionatında minimum hədəfimiz finala yüksəlmək idi
Vitse-prezident: Çempionluq hazırlıqlara çox ciddi yanaşmağımızın nəticəsidir VİDEO