


Süni intellektin hazırladığı ilk peyvənd gələcək pandemiyaların qarşısını ala bilər
Bakı, 5 iyun, AZƏRTAC
Kembric Universitetinin alimləri süni intellekt vasitəsilə hazırlanmış və insanlar üzərində sınaqdan keçirilmiş dünyanın ilk peyvəndini təqdim ediblər.
AZƏRTAC xəbər verir ki, araşdırmanın nəticələri “Journal of Infection” nəşrində dərc olunub.
Tədqiqatçılar bu preparatın geniş spektrli viruslara qarşı müdafiə yaratmaq və gələcək pandemiyaların qarşısını almaq potensialına malik olduğunu bildirirlər.
Peyvənd bütün koronaviruslara və gələcəkdə insanlara keçə biləcək heyvan mənşəli digər viruslara qarşı mübarizə vasitəsi kimi hazırlanıb. Alimlər qeyd edirlər ki, virusların davamlı mutasiyası mövcud peyvəndlərin təsirini azaldır və yeni yanaşma gələcək ştamlara qarşı qabaqlayıcı müdafiə yaratmağı hədəfləyir.
Tədqiqat çərçivəsində çox sayda virusun genetik məlumatları süni intellekt tərəfindən təhlil edilib və immun sistemini virus ailəsinin müxtəlif nümayəndələrinə qarşı gücləndirə bilən xüsusi antigen hazırlanıb.
Tədqiqat: Manqrov meşələri bərpa olunur
Türkiyənin Rəqabət Şurası “Meta” şirkəti ilə bağlı araşdırmaya başlayıb
Tramp: İran məsələsini çox tez bir zamanda həll etməliyik
ABŞ qüvvələri İranın Goruk və Qeşm adasındakı radar məntəqələrinə zərbələr endirib
İsveçdə seçkilər ərəfəsində miqrasiya mövzusu yenidən ön plana çıxır