


Cüdoçular Avropa çempionatına Şamaxıda hazırlaşırlar
Bakı, 5 iyun, AZƏRTAC
Yeniyetmə oğlan cüdoçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatına hazırlığını davam etdirir.
AZƏRTAC xəbər verir ki, hazırlığın növbəti mərhələsi Şamaxıda təşkil olunub. Gündə iki dəfə məşq edən cüdoçular fiziki hazırlıqla yanaşı, texniki və taktiki bacarıqların təkmilləşdirilməsi istiqamətində də intensiv çalışmalar aparıblar.
Qeyd edək ki, cüdo üzrə yeniyetmələr arasında Avropa çempionatı iyunun 29-dan iyulun 2-dək İspaniyanın Las-Palmas-de- Qran-Kanariya şəhərində keçiriləcək.
Yoldaşlıq oyunu: Azərbaycan millisi Maltaya uduzub
Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunun 1/4 finalına yüksəlib
Kapitan: Estoniya yığması ilə oyunda meydana qələbə üçün çıxmalıyıq
Millinin minifutbolçusu: Avropa çempionatında minimum hədəfimiz finala yüksəlmək idi
Vitse-prezident: Çempionluq hazırlıqlara çox ciddi yanaşmağımızın nəticəsidir VİDEO