


Çingiz Hüseynzadə: Hər bir federasiyada təhlükəsiz idman üzrə ixtisaslaşmış məsul şəxs olmalıdır
Bakı, 5 iyun, AZƏRTAC
Milli Olimpiya Komitəsi təhlükəsiz idman məsələlərinə uzun illərdir xüsusi diqqət yetirir. Bu istiqamətdə müxtəlif təlim və seminarlar təşkil edilir, beynəlxalq təcrübə öyrənilir və federasiyalara metodiki dəstək göstərilir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə “Milli İdman Federasiyaları üçün Təhlükəsiz İdman Proqramı” barədə keçirilən tədbir zamanı deyib.
O, vurğulayıb ki, təhlükəsiz idman sahəsində dünyanın tanınmış mütəxəssisləri Azərbaycana dəvət olunaraq görüşlər və təlimlər keçiriblər: “Eyni zamanda, ölkədə bu sahə üzrə yerli mütəxəssislərin hazırlanmasına nail olunub. Son illərdə keçirilən iri beynəlxalq yarışlarda təhlükəsiz idman məsələlərinin təşkili yerli mütəxəssislərə həvalə olunub və onlar bu vəzifələrin öhdəsindən uğurla gəliblər. Gələcəkdə hər bir federasiyada təhlükəsiz idman üzrə məsul şəxsin fəaliyyət göstərməsi nəzərdə tutulur. Həmin şəxslər federasiya daxilində təhlükəsiz idmanla bağlı məsələlərin koordinasiyasını həyata keçirəcək, idmançıların hüquq və təhlükəsizliyinin qorunmasına dəstək verəcəklər”.
Yoldaşlıq oyunu: Azərbaycan millisi Maltaya uduzub
Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunun 1/4 finalına yüksəlib
Kapitan: Estoniya yığması ilə oyunda meydana qələbə üçün çıxmalıyıq
Millinin minifutbolçusu: Avropa çempionatında minimum hədəfimiz finala yüksəlmək idi
Vitse-prezident: Çempionluq hazırlıqlara çox ciddi yanaşmağımızın nəticəsidir VİDEO