×
A
A
A
Sazlamalar

Azərbaycan klubu daha bir futbolçu ilə vidalaşıb

Bakı, 5 iyun, AZƏRTAC

Mövsümün sonunda Azərbaycan Premyer Liqasını tərk edən “Karvan-Yevlax” daha bir futbolçu ilə yollarını ayırıb.
Klubdan AZƏRTAC-a verilən məlumata görə, Qavi Tompsonun müqaviləsinin müddəti başa çatıb.
26 yaşlı nigeriyalı yarımmüdafiəçi başa çatan mövsümdə Yevlax təmsilçisinin heyətində 33 oyuna çıxıb və rəqib qapılarından 2 top keçirib.
Qeyd edək ki, “Karvan-Yevlax” ötən gün Kayl Spens və Pedro Mateuşlə vidalaşıb.

İdman 2026-06-05 10:55:00