


Seçmə mərhələ: Qadın futbolçulardan ibarət Azərbaycan yığması Macarıstana qarşı
Bakı, 5 iyun, AZƏRTAC
Bu gün qadın futbolçulardan ibarət Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində növbəti görüşünə çıxacaq.
AZƏRTAC xəbər verir ki, C Liqasının 3-cü qrupunda yer alan yığma Macarıstanı qəbul edəcək. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda təşkil olunacaq qarşılaşma saat 18:00-da başlayacaq.
Komanda bunadək Andorranı (3:1 2:0) və Şimali Makedoniyanı (2:0) məğlub edib, səfərdə isə Macarıstana uduzub – 0:1.
Azərbaycan millisi 4 oyundan sonra 9 xalla qrupda ikinci pillədə qərarlaşıb. Macarıstan yığması isə 10 xalla turnir cədvəlinə başçılıq edir.
Yoldaşlıq oyunu: Azərbaycan millisi Maltaya uduzub
Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunun 1/4 finalına yüksəlib
Kapitan: Estoniya yığması ilə oyunda meydana qələbə üçün çıxmalıyıq
Millinin minifutbolçusu: Avropa çempionatında minimum hədəfimiz finala yüksəlmək idi
Vitse-prezident: Çempionluq hazırlıqlara çox ciddi yanaşmağımızın nəticəsidir VİDEO