


Azərbaycan velosipedçiləri Avropa çempionatına hazırlıq çərçivəsində beynəlxalq turnirə qatılacaqlar
Bakı, 5 iyun, AZƏRTAC
Trek velosipedi üzrə Azərbaycan milli komandası bu ilin iyul ayında Almaniyada keçiriləcək Avropa çempionatına hazırlıqları davam etdirir.
Azərbaycan Velosiped İdmanı Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, yığma yarışa baş məşqçi Vladimir Buşanski və böyük məşqçi Elçin Qasımovun rəhbərliyi altında hazırlaşır.
Velosipedçilər hazırlıq çərçivəsində Slovakiyanın Presov şəhərində təşkil olunacaq “GP Presov” beynəlxalq turnirində mübarizə aparacaqlar. Komandanın heyətində Tural İsrafilov, Maksim Trendelyov (hər ikisi U23), Rəhim Nağıyev, Çingiz İsayev, Murad Nadirov, Nihad Xudoyev (hamısı gənclər) və Viktoriya Sidorenko yer alıb.
Yoldaşlıq oyunu: Azərbaycan millisi Maltaya uduzub
Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunun 1/4 finalına yüksəlib
Kapitan: Estoniya yığması ilə oyunda meydana qələbə üçün çıxmalıyıq
Millinin minifutbolçusu: Avropa çempionatında minimum hədəfimiz finala yüksəlmək idi
Vitse-prezident: Çempionluq hazırlıqlara çox ciddi yanaşmağımızın nəticəsidir VİDEO