×
A
A
A
Sazlamalar

Azərbaycan voleybol millisi Avropa Liqasında mübarizəyə Bakıda start verir

Bakı, 5 iyun, AZƏRTAC
Bu gün qadın voleybolçulardan ibarət Azərbaycan yığması Avropa Liqasında mübarizəyə başlayacaq.
AZƏRTAC xəbər verir ki, milli komanda Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində İsveç seçməsi ilə üz-üzə gələcək. Qarşılaşma saat 18:00-da start götürəcək.
Qeyd edək ki, Faiq Qarayevin baş məşqçisi olduğu Azərbaycan millisinin növbəti matçı iyunun 7-də Estoniyaya qarşı olacaq.

İdman 2026-06-05 10:27:00