


Futbol üzrə Azərbaycan millisi bu gün Malta ilə qarşılaşacaq
Bakı, 5 iyun, AZƏRTAC
Avstriyada təlim-məşq toplanışında olan futbol üzrə Azərbaycan milli komandası bu gün yoldaşlıq oyunu keçirəcək.
AZƏRTAC xəbər verir ki, Ayxan Abbasovun baş məşqçisi olduğu komanda Malta yığması ilə qarşılaşacaq.
Macarıstanın Sombatxey şəhərindəki “Haladaş” stadionunda oynanılacaq görüş Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Matçı macarıstanlı baş hakim Mixali Kaprali idarə edəcək.
Qeyd edək ki, Azərbaycan millisi təlim-məşq toplanışı çərçivəsində növbəti oyununu iyunun 9-da San Marinoya qarşı keçirəcək.
Yoldaşlıq oyunu: Azərbaycan millisi Maltaya uduzub
Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunun 1/4 finalına yüksəlib
Kapitan: Estoniya yığması ilə oyunda meydana qələbə üçün çıxmalıyıq
Millinin minifutbolçusu: Avropa çempionatında minimum hədəfimiz finala yüksəlmək idi
Vitse-prezident: Çempionluq hazırlıqlara çox ciddi yanaşmağımızın nəticəsidir VİDEO