


Minifutbol üzrə Azərbaycan millisi 2-ci dəfə Avropa çempionu olub
Bakı, 4 iyun, AZƏRTAC
Minifutbol üzrə Azərbaycan millisi Slovakiyada təşkil olunan Avropa çempionatında final oyununu keçirib.
AZƏRTAC xəbər verir ki, Elşad Quliyevin başçılıq etdiyi komanda qitə çempionluğu uğrunda görüşdə Ukrayna seçməsini sınağa çəkib. "Tipos Arena"da keçirilən qarşılaşmada rəqibini 2:0 hesabı ilə məğlub edən Azərbaycan millisi Avropa çempionu olub.
Qeyd edək ki, bu, minifutbol üzrə Azərbaycan millisinin 2-ci Avropa çempionluğudur. Yığmamız 2022-ci ildə də qitənin ən güclüsü olmuşdu.
Ukrayna təmsilçisi yeni mövsüm üçün peşəkar klub lisenziyası əldə edə bilməyib
Minifutbol üzrə Azərbaycan millisi 2-ci dəfə Avropa çempionu olub
“Liverpul” yeni baş məşqçisini açıqlayıb
Azərbaycan parataekvondoçuları Romada iki medal qazanıblar
Ayxan Abbasov: Yoldaşlıq matçlarında həm yaxşı oyun, həm də yaxşı nəticə istəyirik