×
A
A
A
Sazlamalar

Azərbaycan parataekvondoçuları Romada iki medal qazanıblar

Bakı, 4 iyun, AZƏRTAC

Parataekvondo üzrə dünyanın ən reytinqli idmançılarının iştirak etdiyi Roma Qran-Prisində Azərbaycan milli komandasının üzvləri uğurla çıxış ediblər.
AZƏRTAC xəbər verir ki, 58 kiloqram çəki dərəcəsində mübarizə aparan Sabir Zeynalov bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb və qızıl medal qazanıb.
70 kiloqram çəki dərəcəsində yarışan İmaməddin Xəlilov isə yarışın bürünc medalına sahib çıxıb.

İdman 2026-06-04 22:40:00