×
A
A
A
Sazlamalar

“Liverpul” yeni baş məşqçisini açıqlayıb

Bakı, 4 iyun, AZƏRTAC

İngiltərənin “Liverpul” komandasının yeni baş məşqçisi bəlli olub.
AZƏRTAC xəbər verir ki, Mersisayd təmsilçisinə "Bornmut"dan ayrılan Andoni İraola təyin olunub. Tərəflər arasında bağlanmış müqavilənin detalları açıqlanmayıb.
Qeyd edək ki, “Liverpul”u son olaraq Arne Slot çalışdırıb. Niderlandlı mütəxəssis mayın 30-da istefaya göndərilib.

İdman 2026-06-04 23:06:00