×
A
A
A
Sazlamalar

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa Liqasına hazırdır VİDEO

Bakı, 4 iyun, AZƏRTAC

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa Liqasına hazırlığı başa vurub.
AZƏRTAC xəbər verir ki, komanda Bakıda təşkil olunan təlim-məşq toplanışının son mərhələsini yekunlaşdırıb.
Faiq Qarayevin baş məşqçisi olduğu kollektiv daha əvvəl Macarıstan və Sloveniyada hazırlıq keçib.
Qeyd edək ki, Azərbaycan seçməsi Avropa Liqasındakı ilk oyunlarını Bakıda keçirəcək. İyunun 5-7-də baş tutacaq qarşılaşmalarda millimizin rəqibləri İsveç və Estoniya yığmaları olacaq. Sabah İsveçlə Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində keçiriləcək matç saat 18:00-da başlayacaq.

Müxbir - Aynur Əlixanlı
Fotoqraf - Səfiyar Məcnun

İdman 2026-06-04 18:53:00

Video