


“Türk Dövlətləri Təşkilatına üzv ölkələrin mərkəzi banklarının Şurası”nın növbəti toplantısı keçirilir
Bakı, 4 iyun, AZƏRTAC
Azərbaycan Mərkəzi Bankında (AMB) “Türk Dövlətləri Təşkilatına üzv ölkələrin mərkəzi (milli) banklarının Şurası”nın növbəti toplantısı keçirilir.
AMB-dən AZƏRTAC-a bildirilib ki, toplantıda Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev, Qazaxıstan, Qırğız Respublikası, Özbəkistan və Türkiyə mərkəzi banklarının, həmçinin müşahidəçi qismində Macarıstan və Şimali Kipr Türk Respublikasının nümayəndə heyətləri iştirak edir.
Mərkəzi Bankın sədri Taleh Kazımov bu toplantının Şuranın fəaliyyətində növbəti mühüm səhifə olmaqla regionumuzda daha inteqrasiya olunmuş, innovativ və dayanıqlı maliyyə ekosisteminin formalaşmasına mühüm töhfə verəcəyinə dair inamını ifadə edib.
Ekspert: BƏƏ-Azərbaycan layihələri enerji sahəsində tərəfdaşlığın inkişafı üçün möhkəm əsas yaradır
Hidrogen enerjisi BƏƏ-Azərbaycan enerji tərəfdaşlığının növbəti mərhələsi ola bilər – RƏY
Çin şirkətləri Azərbaycanın iqtisadi potensialı və işgüzar mühiti barədə məlumatlandırılıb
® “Azercell” IV Milli Kibertəhlükəsizlik Forumunda süni intellektəsaslı həllərini təqdim edib