


Premyer Liqanın debütantı Avropa Futbol Klubları təşkilatına üzv olub
Bakı, 4 iyun, AZƏRTAC
Mövsümün sonunda I Liqada çempion olaraq Premyer Liqaya yüksələn “Şəfa” Avropa Futbol Klubları (EFC) təşkilatına üzv qəbul edilib.
Bakı təmsilçisindən AZƏRTAC-a verilən məlumata görə, bununla bağlı EFC tərəfindən kluba rəsmi məktub göndərilib.
Qeyd olunub ki, “Şəfa” artıq Avropanın müxtəlif ölkələrini təmsil edən 800-dən çox klubun yer aldığı böyük futbol icmasının bir hissəsidir. Həmin klubları əməkdaşlıq, inkişaf və futbolun uzunmüddətli uğuru naminə birgə fəaliyyət prinsipi birləşdirir.
EFC-nin əsas məqsədi Avropa futbolunun ən yüksək səviyyəsində çıxış edən klubları bir araya gətirmək, onların maraqlarını təmsil etmək və dəstəkləməkdir. Eyni zamanda, klubların futbolun gələcəyinin formalaşdırılmasında söz sahibi olması üçün şərait yaradılır.
Məktubda “Şəfa”nın üzvlüyünün klubun Avropa futbolunun ortaq gələcəyinə sadiqliyinin göstəricisi olduğu qeyd edilib və təşkilat rəhbərliyi yeni üzvlə əməkdaşlıqdan məmnunluğunu ifadə edib.
Yoldaşlıq oyunu: Azərbaycan millisi Maltaya uduzub
Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunun 1/4 finalına yüksəlib
Kapitan: Estoniya yığması ilə oyunda meydana qələbə üçün çıxmalıyıq
Millinin minifutbolçusu: Avropa çempionatında minimum hədəfimiz finala yüksəlmək idi
Vitse-prezident: Çempionluq hazırlıqlara çox ciddi yanaşmağımızın nəticəsidir VİDEO