


Fransa Ukraynaya “Rafale” və “Mirage 2000-5” qırıcıları tədarük edəcək
Bakı, 4 iyun, AZƏRTAC
Fransanın “Rafale” qırıcıları yaxın vaxtlarda Ukrayna Hərbi Hava Qüvvələrinin arsenalına daxil ediləcək.
AZƏRTAC xəbər verir ki, bu barədə Fransanın İsveçdəki səfiri Terri Karlie özünün sosial media hesabında yazıb. Diplomatın açıqlaması İsveç hökumətinin Ukraynaya “JAS 39 Gripen” qırıcıları vermək niyyətini bəyan etməsindən sonra səsləndirilib. Səfir, həmçinin bildirib ki, “Mirage 2000-5” təyyarələri ilə yanaşı, “Rafale” qırıcıları da Ukraynaya tədarük olunacaq. Ekspertlərin fikrincə, burada “Rafale” təyyarələrinin ən müasir F4 modifikasiyasından söhbət gedir.
2025-ci ilin noyabrında Ukrayna Prezidenti Volodimir Zelenski və Fransa Prezidenti Emmanuel Makron Kiyevin 2035-ci ilə kimi 100 ədədədək “Rafale” qırıcısı alacağını nəzərdə tutan çərçivə sazişi imzalayıblar. Həmin sənəd Ukraynaya SAMP-T zenit-raket komplekslərinin, hava hücumundan müdafiə radarlarının, hava-hava tipli raketlərin və idarəolunan aviasiya bombalarının mümkün tədarükünü də ehtiva edir.
Türkiyə sərhəd bölmələri termal kameralarla təchiz olunmuş yüzlərlə dronla təchiz edilib
Sabah Ermənistanda parlament seçkiləri keçiriləcək
Ukrayna dronları Rusiya Hərbi Dəniz Qüvvələrinin bazasına zərbə endirib
Aİ komissarı üzv ölkələri sərhəd nəzarətini mərhələli şəkildə ləğv etməyə çağırıb