


Gürcüstan Prezidenti: Regionumuz dinc yanaşı yaşama və dialoq məkanına çevrilməlidir
Tbilisi, 4 iyun, AZƏRTAC
Bizim regionumuz geosiyasi qarşıdurma poliqonuna deyil, nümunəvi əməkdaşlıq, dinc yanaşı yaşama və sivilizasiyalar arasında dialoq məkanına çevrilməlidir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Gürcüstan Prezidenti Mixeil Kavelaşvili Tbilisidə keçirilən Dayanıqlı İnkişaf üzrə Regional Forumdakı çıxışında bildirib.
Onun sözlərinə görə, Ukraynada müharibə başladıqdan sonra beynəlxalq nizamın transformasiyası daha da sürətlənib və Gürcüstan ən kəskin çətinliklərlə üzləşib. Son bir neçə ildə Gürcüstan hökuməti ölkədə sabitliyi pozmaq və dövlət çevrilişi etmək üçün xaricdən təşkil olunmuş beş cəhdin qarşısını alıb.
“Sürətlə dəyişən dünyada yaşamağın yolunun sülhü qorumaqdan və balanslı, çoxvektorlu xarici siyasət yürütməkdən ibarət olduğunu yaxşı bilirik. Bu, hər bir ölkənin davamlı iqtisadi inkişafını müəyyən edən möhkəm təməldir. Cənubi Qafqazın gələcəyi bu prinsiplərə əsaslanmalıdır. Regionumuz geosiyasi qarşıdurma poliqonu deyil, sabitlik, ticarət və iqtisadi əməkdaşlıq, dinc yanaşı yaşama və sivilizasiyalar arasında dialoqun nümunəvi məkanına çevrilməlidir" – deyə, M.Kavelaşvili vurğulayıb.
Türkiyə sərhəd bölmələri termal kameralarla təchiz olunmuş yüzlərlə dronla təchiz edilib
Sabah Ermənistanda parlament seçkiləri keçiriləcək
Ukrayna dronları Rusiya Hərbi Dəniz Qüvvələrinin bazasına zərbə endirib
Aİ komissarı üzv ölkələri sərhəd nəzarətini mərhələli şəkildə ləğv etməyə çağırıb