


Şuşada 34,5 kilometr su, 27,5 kilometr kanalizasiya şəbəkəsi istismar olunur
Şuşa, 3 iyun, AZƏRTAC
Şuşa şəhərinin su təminatı Kiçik Kirs dağında və Zarıslı su mənbəyindən şəhərə qədər olan 9,3 kilometrlik polad və 12 kilometrlik magistral su kəmərləri vasitəsilə həyata keçirilir.
Azərbaycan Su Ehtiyatları Agentliyindən (ADSEA) AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, şəhər ərazisində 2 su anbarı və 34,5 kilometr su, 27,5 kilometr kanalizasiya şəbəkəsi istismar olunur. Bir sutəmizləyici qurğu yenidən qurulub.
Şuşa şəhərində fəaliyyəti bərpa edilmiş dövlət qurumlarına və müxtəlif təşkilatların işçilərinin məskunlaşdığı 30 istehlakçıya və 535 abonentə xidmət göstərilir.
Lənkəranda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
Şəki-Zaqatala bölgəsi üzrə VI sinif şagirdləri üçün monitorinqdə 7209 məktəbli iştirak edib
Qubanın ucqar kəndlərinə dolu yağıb VİDEO
Azərbaycançılıq ideologiyasının təməl dayağı güclü və müstəqil dövlət ideyasıdır