Türkiyənin “Fatih” gəmisi Qara dənizdə yeni qazma işlərinə başlayıb
İstanbul, 23 may, Günel Karatepe, AZƏRTAC
Türkiyənin ilk yerli kəşfiyyat-axtarış qazma gəmisi “Fatih” Qara dənizdə yeni qazma işlərinə başlayıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar bildirib.
Məlumata əsasən, gəmi “Sakarya” təbii qaz yatağının “Göktepe-2” adı verilən quyusunda qazma işləri aparacaq. Nazir Türkiyənin bir tərəfdən təbii qaz hasilatını artıraraq digər tərəfdən yeni yataqlarda kəşfiyyat işlərinə davam etdiyini bildirib.
Qeyd edək ki, “Göktepe-2” Türkiyənin Sakarya qaz yatağında qazdığı 25-ci quyudur. Kəşfiyyat işləri yatağın Rumıniya-Türkiyə müstəsna iqtisadi zonası sərhədinə yaxın ərazidə aparılır.
Xatırladaq ki, Türkiyə tarixinin ən böyük təbii qaz kəşfi 2021-ci ilin avqust ayında Qara dənizdə həyata keçirilib. “Fatih” kəşfiyyat gəmisi “Sakarya” yatağındakı “Tuna” kəşfiyyat quyusunda 320 milyard kubmetr təbii qaz ehtiyatı aşkarlayıb.
Putin Soçidən Trampla telefon danışığı aparır YENİLƏNİB
Polşada prezident seçkilərinin ikinci turu iyunun 1-də keçiriləcək
İran səfiri Britaniyanın Xarici İşlər Nazirliyinə çağırılıb
Çin mədəninin dərinliklərində superbakteriyaları məhv edən güclü antibiotik kəşf edilib
Braziliya quş qripi səbəbindən Aİ ölkələrinə quş əti ixrac edə bilməz