×
A
A
A
Sazlamalar

ABŞ-da atışma olub, 9 nəfər yaralanıb

Bakı, 16 iyun, AZƏRTAC
ABŞ-ın Miçiqan ştatında atışma baş verib.
AZƏRTAC xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Hadisə Roçester Hills şəhərində qeydə alınıb.
Nəticədə 9 nəfər yaralanıb.
Polis bildirib ki, şübhəli təxminən 28 dəfə atəş açıb. Atışma yerindən bir tapança və üç boş daraq apılıb. Polisin məlumatına görə, şübhəli şəxs atışma baş verən yerin yaxınlığında saxlanılıb. Hadisənin səbəbi barədə hələlik məlumat yoxdur.

Dünya 2024-06-16 06:56:00