Tramp: ABŞ üçüncü dünya müharibəsi riskindən xilas olmalıdır
Bakı, 16 iyun, AZƏRTAC
“Amerika Birləşmiş Ştatları yeni qlobal silahlı münaqişəyə cəlb olunmaq riski daşıyır”.
AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ-ın keçmiş prezidenti Donald Tramp Miçiqan ştatının Detroit şəhərində bildirib.
“Bizim etməli olduğumuz ən vacib şey ölkəmizi xilas etməkdir, çünki ABŞ problem içindədir. Üçüncü dünya müharibəsinin real ehtimalı var”, - deyə o bildirib.
Bundan əvvəl Tramp “Impaulsive” “YouTube” kanalına müsahibəsində bildirmişdir ki, 2016-cı ildə seçkilərdə keçmiş dövlət katibi Hillari Klinton qalib gəlsəydi, ABŞ KXDR ilə nüvə münaqişəsinə cəlb olunacaqdı.
Böyük Britaniyada hər beş yetkin insandan biri hələ də iş axtarmır
Fransa Bankı: 2024-cü ildə xalis zərər 7,7 milyard avro olub
MDB dəmir yolu administrasiyaları arasında əməkdaşlığın perspektivləri müzakirə edilib
Şimali Makedoniyadakı faciəli yanğında xəsarət alanlardan 4 nəfəri İtaliyaya gətirilib