Britaniyada partiya liderləri seçki kampaniyasına başlayıb
London, 23 may, AZƏRTAC
Britaniyanın Baş naziri Rişi Sunakın növbədənkənar parlament seçkilərinin iyulun 4-də keçiriləcəyini açıqlamasından sonra partiya liderləri seçki kampaniyasına başlayıb. Liderlər növbəti altı həftə ərzində Böyük Britaniyada səyahət edərək seçicilərdən səs istəyəcəklər.
Leyboristlər Partiyasının lideri Keir Starmer Gilinqham şəhərindəki çıxışı zamanı növbədənkənar seçkilərin indiki xaosa son qoymaq və Britaniyanı yenidən qurmaq üçün bir şans olduğunu dilə gətirib. Starmer bildirib ki, Mühafizəkarlar partiyasının ölkəyə etdikləri bağışlanmazdır və seçicilərin bununla barışmağa ehtiyacı yoxdur.
Mühafizəkarlar Partiyasının lideri və baş nazir Rişi Sunak isə Derbişirdəki çıxışında deyib ki, iqtisadi sabitlik qayıtdığı üçün seçki təyin etmək qərarına gəlib. O, çıxışında Leyboristlər partiyasının Britaniyadakı immiqrasiya artımı ilə bağlı mübarizə apara bilməyəcəyini deyib.
Qeyd edək ki, Mühafizəkarlar Partiyası 14 ildir Britaniyada hakimiyyətdədir. Hazırda Leyboristlər Partiyası aparılan sorğu-anketlərdə Mühafizəkarlar Partiyasından təxminən 20 xal irəlidədir və Partiyanın lideri Keir Starmerin növbəti Baş nazir olması ehtimalı da yüksəkdir.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
Fransa prezidenti Madaqaskar xalqından üzr istəmədi və şübhəli vəd verdi
Makrona sərt cavab: Mayot Qəmər adalarınındır
“Intel” kompaniyasının yeni baş direktoru “çətin qərarını” açıqlayıb