Londonda Kral Çarlzın rəsmi doğum günü keçirilib
London, 15 iyun, AZƏRTAC
Hər il iyun ayında Britaniyada monarxın “rəsmi ad günü” tədbiri olan “Tropping The Colour” bu il də təntənəli şəkildə keçirilib.
AZƏRTAC xəbər verir ki, Kral III Çarlz, onun həyat yoldaşı Kraliça Kamilla və kral ailəsinin üzvlərini daşıyan faytonlar yerli vaxtla saat 10:30-da kortejlə Bukinqem Sarayından ayrılaraq Kral At Mühafizəçilərinin kazarmalarına yollanıb.
Taxtın varisi, Uels şahzadəsi Uilyam, Kral Çarlzın qardaşı, Edinburq hersoqu şahzadə Eduard və bacısı şahzadə Anna kortecin önündə gediblər.
Yanvar ayında qarın nahiyəsindən əməliyyat olunduqdan sonra ictimaiyyət qarşısına çıxmayan və mart ayında xərçəngə tutulduğu açıqlanan Uels şahzadəsi Keyt Middlton da tədbirdə iştirak edib. O, xəstəliyindən sonra ilk dəfə ictimaiyyət qarşısına çıxıb.
Tədbirin sonunda kral ailəsinin üzvləri Bukinqem Sarayının eyvanından ictimaiyyəti salamlayıblar.
Qeyd edək ki, Britaniya monarxları iki doğum günü keçirirlər. Britaniya monarxının doğum günü rəsmi olaraq “Trooping The Colour” tədbiri ilə hər ilə iyun ayındakı şənbə günlərindən birində keçirilir. Monarxın doğum günü isə ailə arasında qeyd edilir. Kral Çarlz 14 noyabr 1948-ci ildə dünyaya gəlib.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
Ukrayna Baş Qərargahı Rusiyanın hərbi zavoduna zərbə endirildiyini təsdiqləyib
Hamburq dəmir yolu vağzalında törədilən bıçaqlı hücum heç bir siyasi motivə əsaslanmır
İngiltərədə sənaye zonasında güclü yanğın baş verib
Haaqada Azərbaycan mədəniyyətinə həsr edilmiş tədbir keçirilib