Prezident Rəisinin cənazəsi dəfn olunmaq üçün Məşhədə gətirilib
Bakı, 23 may, AZƏRTAC
İranın mərhum prezidenti İbrahim Rəisinin cənazəsini aparan təyyarə Məşhəd şəhərinin hava limanına eniş edib.
AZƏRTAC xəbər verir ki, bu barədə IRNA agentliyi məlumat yayıb. Çox sayda insan və İmam Rza hərəminin bir qrup qulluqçusu prezidentin xatirəsini yad etmək üçün hava limanına toplaşıb.
Bildirilir ki, xarici diplomatlar, eləcə də qonşu ölkələrin rəsmi nümayəndə heyətləri də dəfn mərasimində iştirak etmək üçün Məşhədə gediblər.
Mayın 19-da helikopter qəzasında həyatını itirən İbrahim Rəisi bu gün vətəni Məşhəd şəhərindəki İmam Rza türbəsində dəfn olunacaq.
Kişi və qadınların stres reaksiyalarındakı fərqlərin səbəbi araşdırılıb - TƏDQİQAT
Fransada kursant avtomobillə 5 nəfərə xəsarət yetirib
Macarıstanın logistika mərkəzinə çevirilməsi planlaşdırılır